"Rusiya-Ukrayna müharibəsi uzunmüddətli olacaq və NATO ölkələri buna hazır olmalıdır"

20.06.2022 13:18     Dünyadan reaksiya     409

"Rusiyanın Ukraynaya hərbu müdaxiləsi qeyri-təhlükəsizliyin yeni erasının başlanğıcıdır"
 
Böyük Britaniya Putinə xəbərdarlıq edib
 
Ukraynada müharibə davam etdiyindən Böyük Britaniya qoşunları "Avropada yenidən vuruşmağa və döyüş meydanında Rusiya qalib gəlməyə" hazır olmalıdır. Bu barədə Britaniya ordusunun yeni rəhbəri general Patrik Sanders xəbərdarlıqla çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Sky News" nəşri məlumat yayıb.
 
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi qeyri-təhlükəsizliyin yeni erasının" başlanğıcı olub.
 
Patrik Sanders öz vəzifəsinin icrasına iyunun 13-də başlayıb, əvvəlku komandan general Mark Smiti əvəzləyib.
 
Orduya müraciət edərək, Sanders bəyan edib ki, 1941-ci ildən bəri Avropa qitəsində böyük müharibə təhlükəsi vəziyyətində komandanlığı qəbul edən Baş Qərargahın ilk rəhbəridir.
 
"Biz ordunu Avropada yeni müharibəyə hazırlayan nəslin nümayəndələriyik", - Sanders bəyan edib.
 
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bizim əsas məqsədimizi müəyyən edir-Böyük Britaniyanı müdafiə etmək üçün döyüşməyə və quruda müharibədə qalib gəlməyə hazır olmalıyıq, - o, əlavə edib. - Hazırda döyüş qabiliyyətli ordu yaratmaq və öz müttəfiqlərimizlə birgə döyüşdə Rusiyaya qalib gəlmək təcili zərurətə çevrilib".
 
Bu yaxınlarda Kiyevi ziyarət etdikdən sonra Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, Rusiya-Ukrayna müharibəsi uzunmüddətli olacaq və NATO ölkələləri buna hazır olmalıdır. Əgər Putin bu müharibədə qalib gəlsə, o, dayanmayacaq.
 
Xəbər verildiyi kimi, NATO-nun baş katibi Yens Stoltenberq Rusiya təcavüzü ilə mübarizədə Ukraynaya dəstək verməyə hazır olduğunu ifadə edib və nüvə müharibəsinin törədilməsinin yolverilməzliyi barədə Putinə xəbərdarlıq edib.

 

Şərhlər