Rusiya yalnız bu halda məğlub ola bilər - Solovyov

22.06.2022 12:57     Dünyadan reaksiya     75

Litva başa düşməlidir ki, Rusiyanın itirəcəyi heç nə yoxdur, o, yenilməzdir. Kreml yalnız daxildən xəyanət edilərsə, müharibəni uduza bilər.

Bu fikri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.

“Litvalılar düşünürlər ki, Rusiya ilə belə axmaqlıq edə bilərlər? Onlar ciddi şəkildə düşünürlər ki, belə oynamaq olar? Litva başa düşməlidir ki, Rusiyanın itirəcəyi heç nə yoxdur. Moskva Avropadakı qərar qəbul edən mərkəzlərə zərbə vura bilər. İndi məndən avropalılara sual: müharibənin ağır yükünü öz üzərinizdə hiss etməyə hazırsınızmı? Rusiya ilə genişmiqyaslı müharibəyə hazırsınızmı? Avropa başa düşməlidir ki, Rusiya uduzmaz. Rusiyanı məğlub edə biləcək yeganə şey daxildən xəyanətdir”, - o bildirib.(axar)

Reaksiya.az

Şərhlər