Rus “Pantsir"i məhv edildi - Ukraynadan uğurlu əməliyyat

23.06.2022 13:22     Dünyadan reaksiya     461

İlan adasında Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edilməsi üzrə hərbi əməliyyat aparılır. Silahlı Qüvvələr daha bir “Pantsir-C1” zenit-raket və artilleriya kompleksini məhv edib.

Bu barədə Ukrayna ordusunun məlumatında bildirilib.

Qeyd edək ki, iyunun 20-də mediada İlan adasında partlayışların baş verməsi, güclü yanğınlar olması barədə məlumat yayılmışdı. Hadisə şahidləri raketlərin adaya doğru uçduğunu bildiriblər. İyunun 21-də Ukrayna ordusu İlan adasında işğalçılara hücumla bağlı məlumatları təsdiqləyib.

Vurğulanır ki, ruslar adaya hava hücumundan müdafiə bölmələri, üç reaktiv artilleriya bölməsi, bir qayıq qrupu və xüsusi təyinatlı bölmələr yerləşdirib./Teleqraf.com

Reaksiya.az

Şərhlər