Zelenski G7 liderlərini Rusiya neftinin qiymətini məhdudlaşdırmağa çağırdı

27.06.2022 15:33     Dünyadan reaksiya     438

Ukrayna lideri Volodimir Zelenski Berlində keçirilən G7 sammitinin iştirakçılarını Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə, o cümlədən Rusiya neftinin qiymətini məhdudlaşdırmağa çağırıb.

Bu barədə Zelenski "Telegram" kanalında paylaşım edib. 

O, Berlində keçirilən G7 sammitinin iştirakçılarına videokonfrans vasitəsilə müraciət etdiyini bildirib.

"Ukrayna G7 dövlətlərinin dəstəyini hiss edir. Rusiya işğalına qarşı mübarizədə müdafiə və maliyyə yardımımıza görə təşəkkür edirik. Bizim üçün G7 ölkələrinin sanksiyalarla bağlı ardıcıl mövqeyi vacibdir", - Zelenski qeyd edib.

Reaksiya.az 

Şərhlər