Putini Türkmənistanın hava limanında heç kim qarşılamadı - VİDEO

01.07.2022 14:02     Dünyadan reaksiya     365

Tacikistana səfər etdikdən sonra qonşu Türkmənistandakı Kapii sammitinə uçan Vladimir Putini Aşqabad hava limanında heç kim qarşılamayıb.

Bu barədə Kreml yönümlü "Telegram" kanalı "Ria Kremlinpool" ölkə prezidentinin qeyri-adi gəlişinin videosunu yayıb. 

Belə ki, Putin təyyarənin keçidi ilə tək enərək maşına əyləşib. 

Ehtimallara görə, Putinlə belə görüşə səbəb onun koronavirus fobiyasıdır. Bildiyiniz kimi, Covid-19 pandemiyasının başlamasından sonra Rusiya prezidenti görüşməli olduğu bütün siyasətçi və məmurlardan uzaqlaşmağa çalışıb.

Belə ki, Putinin Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı qonaqdan bir neçə metr aralıda oturması hətta sosial şəbəkələrdə gülüş obyektinə çevrilib. 

Putinin gəldiyi Aşqabadda keçirilən Xəzər Sammitində isə tədbir iştirakçıları Putin prinsipi ilə - bir-birindən maksimum məsafədə yerləşdirilib.

Əlavə edək ki, jurnalist araşdırmasına görə, Kreml diktatorunda qalxanabənzər vəzlə bağlı mümkün problemləri operativ şəkildə aşkar etmək üçün daim özü ilə bir dəstə həkim, o cümlədən onkologiya mütəxəssisi və otorinolarinqoloq aparır.

 

 

 

Şərhlər