Ərdoğan Miçotakislə görüşdən imtina edib: “Onun yaxşı niyyəti yoxdur”

01.07.2022 14:10     Dünyadan reaksiya     122

Madriddə NATO sammiti çərçivəsində müttəfiq ölkələrin liderləri Türkiyə Prezidentinə Yunanıstana münasibətdə vasitəçi olmaq, iki liderin görüşünü ilin sonunadək təşkil etməyi təklif ediblər.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra ölkə mediasına açıqlamasında deyib.

“Bağışlayın, bizim hazırda bu görüş üçün ayıracaq vaxtımız yoxdur”, - Türkiyə lideri həmkarlarının təklifinə belə cavab verib.

Ərdoğan hazırda Yunanıstanın adaları necə silahlandırdığını diqqətə çatdırıb: “Digər tərəfdən, hava məkanımızı daima pozurlar... Və (Yunanıstanın Baş naziri – red.) adalara gedir, oradan beton sığınacaqlar tikərək, çuxurlar qazaraq siqnal verməyə çalışır. Onun yaxşı niyyəti yoxdur. Əgər yaxşı niyyəti olsaydı, bu addımları atmazdı”.

Ərdoğan Yunanıstan liderinə artıq Türkiyədəki prosesləri izləməyi məsləhət görüb.
 

Reaksiya.az

Şərhlər