Çin lideri Putinin Rusiyaya səfər dəvətini rədd edib

05.07.2022 12:39     Dünyadan reaksiya     313

Çin lideri Si Cinpin Rusiya prezidenti Vladimir Putinin Rusiyaya səfər dəvətini rədd edib.

Putin çinli həmkarını Rusiyaya telefon danışığı zamanı dəvət edib. Lakin Çin prezidenti Putinin təklifini rədd edərək bildirib ki, koronavirus pandemiyası səbəbindən yaxın gələcəkdə Rusiyaya səfər etməsi çətin olacaq.

Yaponiyanın “Yomiuri Shimbun” nəşri Çin hökumət mənbələrinə istinadən yazıb ki, Putin ABŞ və Avropa ilə münasibətlərinin daha da pisləşməsinin qarşısını almaq üçün Si Cinpinin səfərindən istifadə etməyə ümid edirdi. /Azpost.info/

Reaksiya.az

Şərhlər

Çox oxunanlar