Şoyqu hədə-qorxu gəldi: "Xüsusi əməliyyatla bağlı bütün planlar həyata keçiriləcək"

05.07.2022 13:16     Dünyadan reaksiya     109

“Ukraynada xüsusi əməliyyat bütün tapşırıqların tam yerinə yetirilməsi ilə başa çatacaq. Bu gün prioritetimiz Rusiya hərbçilərinin və mülki əhalisinin həyat və sağlamlığının qorunmasıdır”.
 

Bunu çərşənbə axşamı Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən konfransda deyib.
 

"Bu gün bizim üçün əsas prioritetlər ordunun şəxsi heyətinin həyat və sağlamlığının qorunması, mülki əhalinin təhlükəsizliyinin qorunmasıdır. Xüsusi hərbi əməliyyat Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş tapşırıqlar tam yerinə yetirilənə qədər davam etdiriləcək. ", - Şoyqu bildirib.

Nazirin sözlərinə görə, son 10 gündə Ukraynada aparılan müharibə zamanı "170 muzdlu öldürülüb, 99 nəfər döyüş əməliyyatlarında iştirakdan imtina edərək ölkəni tərk edib".

"Rusiya ordusu və xalq respublikaları bölmələrinin uğurlu hücumu nəticəsində Ukraynada fəaliyyət göstərən xarici muzdluların və özəl hərbi şirkətlərin əməkdaşlarının sayı azalıb. Son 10 gün ərzində 170 muzdlu məhv edilib, 99-u döyüşməkdən imtina edib”, - nazir vurğulayıb.

Sergey Şoyqu bildirib ki, Qərb Ukraynadakı münaqişəni uzatmağa çalışır.

Onun sözlərinə görə, kollektiv Qərb Ukraynadakı münaqişəni uzatmaq ümidi ilə Kiyevə irimiqyaslı silah tədarükünü davam etdirir.

“Artıq ölkəyə 28 min tondan çox hərbi yük çatdırılıb”, - Şoyqu bildirib

Reaksiya.az

Şərhlər