"Son əsgərimizə qədər döyüşəcəyik" - Zelenski

28.07.2022 12:43     Dünyadan reaksiya     122

Ukraynalılar dövlətçilik uğrunda mübarizə aparacaq və torpaqlarının son metrini də azad etməyincə dayanmayacaqlar.

Bunu prezident Volodimir Zelenski Ukraynanın Dövlətçilik Günü ilə bağlı videomüraciəti zamanı deyib.

"Bizim üçün əsirlikdə yaşamaq yaşamaq deyil, asılı olmaq olmaq deyil. Çünki müstəqil və azad olmayan Ukrayna Ukrayna deyil. Biz "quldarlıq" sözünü bilmirik. Dövlətçiliyimiz üçün son nəfəsimizə, son patronumuza, son əsgərimizə qədər döyüşəcəyik", - deyə Ukrayna dövlətinin başçısı bildirib.

Reaksiya.az

Şərhlər