Lukaşenko Rusiyaya yeni səfir göndərdi

01.08.2022 13:26     Dünyadan reaksiya     55

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya yeni səfir təyinatı həyata keçirib.

Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Krutoy bu ölkənin Moskvadakı səfiri təyin edilib.

Bundan əvvəl onun namizədliyinin Rusiya Prezidenti Vladimir Putinlə razılaşdırıldığı bildirilirdi.

Lukaşenkonun Mətbuat xidmətinin məlumatına görə, Krutoy həm də MDB İqtisadi Şurasında səlahiyyətli nümayəndə, Aİİ, MDB və KTMT çərçivəsində inteqrasiya əməkdaşlığı üzrə xüsusi nümayəndə olacaq.

Reaksiya.az

Şərhlər