Ukraynanın 1054 yaşayış məntəqəsi işğaldan azad edildi

02.08.2022 12:30     Dünyadan reaksiya     277

Ukraynanın 1054 yaşayış məntəqəsi artıq rus işğalçılarından təmizlənib.

Bu barədə Ukrayna prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko brifinqdə bildirib.

"Bu günə olan məlumata görə, 1054 yaşayış məntəqəsi artıq işğaldan azad edilib. Rusiya işğalından azad edilmiş bütün ərazilərdə operativ bərpa işləri davam edir", - Timoşenko  qeyd edib. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar