Medvedyev Qazaxıstanı hədələməsini təkzib etdi

02.08.2022 12:32     Dünyadan reaksiya     59

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Vkontakte səhifəsində dərc etdiyi sonuncu yazı Hərbi Dəniz Qüvvələri ilə bağlı olub, lakin səhifə sındırılıb, başqa yazı dərc olunub.

Bunu Medvedyevin köməkçisi Oleq Osipov deyib.

Onun sözlərinə görə, sosial şəbəkə administrasiyası bununla məşğul olacaq.

Qeyd edək ki, dünən axşam Dmitri Medvedyevin Vkontakte səhifəsində Qazaxıstan və digər ölkələri təhdid edən yazı paylaşılmışdı. Yazı bir müddət sonra silinsə də, mətbuat orqanları və sosial şəbəkə səhifələri skrin-şotları paylaşıb.

Reaksiya.az

Şərhlər