Putin Paşinyanla üçtərəfli bəyanatların icrasını müzakirə etdi

02.08.2022 17:43     Dünyadan reaksiya     355

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Reaksiya.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Qarabağa dair 2020-ci il 9 noyabr və 2021-ci il 26 noyabr tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin ayrı-ayrı praktiki aspektləri müzakirə olunub”, - məlumatda deyilir.

Hər iki ölkə lideri müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Reaksiya.az

Şərhlər