“Amerikalı diplomatlar qorxudan dillərini uddular” - Zaxarova

03.08.2022 11:23     Dünyadan reaksiya     378

“ABŞ Nensi Pelosinin səfəri ilə digər dövlətlərin hüquqlarına etinasızlıq nümayiş etdirdi, amerikalı diplomatlar isə ictimaiyyətin qəzəbindən qorxub dillərini uddular”.

Reaksiya.az xəbər verir ki, bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvan səfərini şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında yazıb.

“O (səfir Nikolas Burns-red.) başa düşür ki, ABŞ təxribatı ilə növbəti dəfə başqa dövlətlərin hüquqlarına etinasızlıq göstərdi. Əgər Vaşinqton Pekin qarşısındakı öhdəliklərini pozdusa, amerikalılar beynəlxalq hüquqa hörmətdən danışmalı deyillər”, - Zaxarova qeyd edib.

Reaksiya.az

Şərhlər