Ərdoğan Rusiyaya gedir - Putinlə müzakirə edəcəyi beş mövzu

03.08.2022 12:37     Dünyadan reaksiya     142

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Görüş zamanı beş mühüm mövzu müzakirə olunacaq.

Türkiyənin Suriyada mümkün əməliyyatı və bu ölkədəki son hadisələr, terrorla mübarizə, Rusiya-Ukrayna müharibəsi və Ankaranın səyləri ilə yaradılan taxıl dəhlizi məsələlərinə əlavə olaraq, müdafiə sənayesi və enerji sahəsində əməkdaşlıq və Akkuyu Atom Elektrik Stansiyası mövzuları müzakirə masasına yatırılacaq.

Kritik qlobal problemlərin müzakirə olunacağı görüşdə Əfqanıstan və Liviyadakı mövcud vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq.

Kremldən verilən açıqlamada iki liderin Soçi görüşündə taxıl dəhlizi ilə bağlı müsbət prosesin daha da inkişaf etdirilməsi və qorunub saxlanılması üçün görüləcək işlərin müzakirə ediləcəyi bildirilib.

Türkiyənin təşəbbüsü ilə açılan taxıl dəhlizi çərçivəsində Ukraynanın Odessa limanından yola düşən “Razoni” gəmisi dünən axşam saatlarında İstanbula gəlib. 27 min ton qarğıdalı yüklü gəmi bu gün səhər yoxlamadan sonra Livana yola düşəcək. Ukraynadan verilən açıqlamada, ilkin olaraq hər gün 3 gəmi ilə daşımaların davam edəcəyi deyilib.(teleqraf)

Reaksiya.az

Şərhlər