Çin Tayvana ballistik raketlər atdı

04.08.2022 15:37     Dünyadan reaksiya     364

Çin Tayvanın şimal-şərq və cənub-qərb sahilləri ətrafındakı sulara bir neçə orta mənzilli “Dongfeng” ballistik raketini atıb. 

Tayvanın Müdafiə Nazirliyi raketlərin buraxılışına cavab olaraq müdafiə sistemlərini işə saldığını bildirib.

Məlumat daha sonra Çin tərəfindən təsdiqlənib. Çinin dövlət mediası hədəfin dəqiqliklə vurulduğunu bildirib.

Qeyd edək ki, “Dongfeng” raketləri Çin Xalq Azadlıq Ordusu tərəfindən idarə olunur.

Reaksiya.az

Şərhlər