Qərb narahatdır: Türkiyə Rusiya ilə yaxınlaşsa...

08.08.2022 12:42     Dünyadan reaksiya     366

Qərb ölkələri Rusiya və Türkiyə əməkdaşlığının dərinləşməsindən narahatdır.

Bu barədə “Faynənşl Tayms”da Putin və Ərdoğanın son görüşü ilə bağlı yayımlanan məqalədə deyilir.

Məqalədə bildirilib ki, Qərb liderləri Putin və Ərdoğanın iqtisadi və ticari səviyyədə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı açıqlamalarından razı qalmayıblar:

“Mənbələrdən biri bildirir ki, Brüssel rus-türk əlaqələrini diqqətlə izləyir. Digər mənbə isə Ankaranın bu addımını "opportunizm" adlandırıb. Biz istəyirik ki, Türkiyə bizim narahatlığımızı anlasın”.

Məqalədə deyilir ki, Vaşinqton Rusiyaya sanksiyalardan yayınmağa yardım edən ölkələrə dəfələrlə xəbərdarlıq edib.

Bundan əlavə, Qərbin yüksək çinli diplomatlarından biri bildirib ki, Brüssel Qərb şirkətlərinə Türkiyə ilə əməkdaşlığı dayandırmaq çağırışı edə, yaxud ümumən risklərdən dolayı əlaqələri məhdudlaşdıra bilər.(Buta.ws)

Reaksiya.az

Şərhlər