HİMARS-lar Melitopolu vurdu: 100-dən çox ölü var

08.08.2022 12:43     Dünyadan reaksiya     138

Ukrayna Silahlı Qüvvələri HİMARS sistemləri ilə Melitopolda rusların hərbi birləşmələrinin olduğu sənaye obyektlərinə zərbələr endirib.

Bu barədə Melitopol meri İvan Fyodorov məlumat verib.

“Bu gecə yüksək dəqiqlikli HİMARS raketləri Melitopol şəhərinin sənaye obyektlərində yerləşən işğalçı qüvvələrin bazalarına zərbələr endirib. Düşmənin xeyli sayda hərbi texnikası və 100-dən çox canlı qüvvəsi məhv edilib”, - Fyodorov bildirib.

Reaksiya.az

Şərhlər