Ruslar İran PUA-ları ilə təlimlər keçir

10.08.2022 12:46     Dünyadan reaksiya     610

Rusiyalı mütəxəssislər İranda dronların idarə olunması ilə bağlı təlimlərə başlayıblar.

Bu barədə CNN mənbəsinə istinadən məlumat yayıb.

"Son bir neçə həftə ərzində Rusiya rəsmiləri PUA-ların təhvil verilməsinə dair razılaşma çərçivəsində İranda təlim keçirlər", - məlumatda bildirilib.

Qeyd edək ki, İranın Rusiyaya “Şahid-129” zərbə və kəşfiyyat PUA-ları göndərdiyi ilə bağlı məlumatlar yayılıb.

 

Reaksiya.az

Şərhlər