SON DƏQİQƏ! Türkiyə ilə Ermənistan arasında KRİTİK GƏLİŞMƏ - Buzları əridən 500 zəng

12.08.2022 12:45     Dünyadan reaksiya     696

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində Serdar Kılıç və Ruben Rubinyan 4 dəfə üz-üzə görüşüb, 500 dəfə telefonla danışıb. Bütün bu dialoqların sonunda nələr baş verib?

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində növbəti mərhələyə keçid edilib. Texniki məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün iki ölkənin səlahiyyətli nümayəndələrinin sentyabrda görüşməsi planlaşdırılır. Nəqliyyat, Ticarət və Xarici İşlər nazirliklərinin rəsmiləri atılan addımların texniki aspektlərini müzakirə edəcəklər.

Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

 

Xüsusi nümayəndələr - 7 il Türkiyənin Vaşinqtondakı səfiri olmuş təcrübəli diplomat Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini, siyasətçi Ruben Rubinyanın iyul ayında Vyanada keçirilmiş görüşündən sonra iki ölkə arasında birbaşa hava yüklərinin daşınması və sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılması ilə bağlı razılıq əldə olunub. Bununla əlaqədar atılacaq addımların müzakirə edilməsi və yol xəritəsinin hazırlanması planlaşdırılır. Sentyabrda keçirilməsi nəzərdə tutulan görüşün yeri hələ dəqiqləşdirilməyib.

Kılıçla Rubinyan arasında bir dəfə Moskvada, üç dəfə isə Vyanada təkbətək görüş keçirilib, 500 dəfə telefon danışığı baş tutub. İki xüsusi nümayəndənin səmimi və mehriban dialoq qurduqlarına diqqət çəkən dövlət rəsmiləri erməni siyasətçinin Serdar Kılıçla telefonla danışdığı zaman türkcə salamlaşdığını bildiriblər.

ADDIM-ADDIM İRƏLİLƏYİŞ

Yüksək səviyyəli rəsmi mənbələr Türkiyə ilə Ermənistan arasındakı prosesin bir növ “etimad yaradılması” prosesi olduğuna diqqət çəkirlər:

“İlk mərhələdə böyük ümidlər bəsləmək və böyük məyusluqlar yaşamaq əvəzinə, Ermənistanla addım-addım irəliləyiş əldə etməklə bağlı razılığa gəldik. Bir çox tədbirlər üzərində iş aparılır ki, bura humanitar aspektli tədbirlər də daxildir. Biz sərhəd keçidlərində daha uzun iş tələb edən bir proseslə üzləşə bilərik. Fiziki şərait də buna imkan verməlidir. Məsələn, iki ölkəni birləşdirən 178 metr uzunluğunda Alican körpüsü var ki, bu körpünün avtobusları daşıya biləcəyinə əmin deyilik. 1993-cü ildə rus əsgərləri tərəfindən dağıdılan İpək Yolu körpüsünün təmiri də çox ciddi etimad quruculuğu tədbiri ola bilər”.(musavat)

Şərhlər