İraq çalxalanır

30.08.2022 13:29     Dünyadan reaksiya     159

Avqustun 29-da İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədrin siyasətdən getdiyini açıqlaması ilə axşam saatlarından başlayan gərginlik davam edir. Yaşıl Zonada təhlükəsizlik qüvvələri ilə Sədrin silahlı dəstələri arasında qanlı toqquşmalar gedir. Milis RPG-7 tipli silahlarla Yaşıl Zonaya hücum edir.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, komendat saatı tətbiq edilən Bağdadda tətildə olan dövlət qurumları işləmir.

Şiələrin ali dini qurumu olan Ayətullah Əli əs-Sistani baş verənlərlə bağlı hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb. Sədrə dəstək verən qəzəbli qruplar isə Yaşıl Bölgədə Hökumətə və Prezident Sarayına basqın ediblər. Fəallar təhlükəsizlik qüvvələri tərəfindən silah gücünə bu yerlərdən uzaqlaşdırılıb. Sədrə bağlı Seraya es-Selam milisləri isə yüzlərlə silah dolu maşınla Yaşıl Bölgənin ətrafına yerləşdirilərək içəridəki əsgərlərlə toqquşmalara başlayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İraqdakı Missiya Nümayəndəliyi tərəfləri silahlı münaqişə və zorakılıqdan uzaq durmağa çağırıb.

Reaksiya.az

Şərhlər