Bağdadda iğtişaşlar PİK HƏDDƏ çatdı

30.08.2022 13:31     Dünyadan reaksiya     163

Bağdadın "yaşıl zonası"nda baş verən iğtişaşlar zamanı azı 20 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Bu barədə “Al Jazeera” telekanalı tibb müəssisələrinin əməkdaşlarına istinadən məlumat yayıb.

Məlumata görə, yüzlərlə iraqlı, şiələrin məşhur lideri Müqtəda əs-Sədrin istefasına etiraz edib.

Ölənlər arasında İraq ordusunun iki əsgərinin olduğu qeyd edilir. Bundan əlavə, Bağdadın “yaşıl zona”sında baş verən atışmalarda İraq polisinin qərargah rəisi yaralanıb.

Qeyd edək ki, 48 yaşlı Müqtəda əs-Sədr son iyirmi ildə İraqın ictimai və siyasi həyatında dominant fiqur olub. Sədr son vaxtlar İraqın daxili işlərində ABŞ və İranın təsirinə son qoymaq istədiyini bildirib.

Reaksiya.az

Şərhlər