Ərdoğan sabah Balkan ölkələrinə səfər edəcək

05.09.2022 13:25     Dünyadan reaksiya     172

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan yarımadasının 3 ölkəsinə səfər edəcək.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti səfər çərçivəsində Bosniya və Hersoqovina, Serbiya, həmçinin Xorvatiyaya gedəcək.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan səfər zamanı keçirəcəyi görüşlərdə iki tərəfli əlaqələri, regional sülh, sabitlik və ticarət həcminin artırılması ilə bağlı məsələlər müzakirə edəcək. Bir sıra müqavilələrin imzalanacağı nəzərdə tutulub. Səfər zamanı Türkiyə liderinin böyük və geniş tərkibli nümayəndə heyəti müşayiət edəcək.

Bildirilib ki, səfər sentyabrın 6-dan 8-dək davam edəcək.

Reaksiya.az

Şərhlər