Rəsmi Kremldən Kadırovun istefa istəyinə REAKSİYA

05.09.2022 13:52     Dünyadan reaksiya     190

Çeçenistan rəhbəri Ramzan Kadırovun vəzifəsini tərk etmək istəyi barədə bəyanatı Rusiyada geniş əks-səda doğurub.

Artıq rəsmi Kreml də olaya reaksiya verib.

Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuatda yazılanları gördüyünü bildirib.

"Kreml qeyri-müəyyən məzuniyyətə layiq olduğunu bəyan edən Çeçenistan rəhbəri Ramzan Kadırovla bağlı vəziyyətin necə inkişaf etdiyini bilmir", - Dmitri Peskov deyib.


Peskovun sözlərinə görə, bu ondan irəli gəlir ki, region rəhbəri öz vəzifələrini yerinə yetirməkdə davam edir və hələ də Çeçenistan rəhbəridir.


Dmitri Peskov Kadırovun bloq yazısını şərh edib: "Biz bu mesajları gördük, amma belə deyək, indiyə qədər düzgün başa düşdümsə, bu mesajlar heç bir şəkildə reallaşmayıb".


Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, o. Rusiyadakı region rəhbərləri arasında ən çox vəzifədə olan şəxsdir. "Mən özüm də çox qaldığımı fərq etdim", - o deyib.


Regional Siyasət İnkişafı Mərkəzinin direktoru İlya Qraçenkov Lenta.ru-ya müsahibəsində Kadırovun tezliklə yeni vəzifəyə keçə biləcəyini mümkün hesab edib. O qeyd edib ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun siyasi fəaliyyəti sadə qubernator statusunu çoxdan üstələyib.

Reaksiya.az

Şərhlər