Jirinovski komadan ayıldı

06.09.2022 12:53     Dünyadan reaksiya     242

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski komadan ayılıb və artıq köməkçiləri tərəfindən ona təqdim edilən sənədlərlə tanış olur, xəbərləri oxuyur.

Rusiyanın aparıcı mətbuat orqanlarına bu barədə qalmaqallı siyasətçiyə yaxın olan mənbədən məlumat verilib.

Mənbənin sözlərinə görə, Vladimir Jirinovskinin huşu tam özündədir.

Qeyd edək ki, V.Jirinovski fevralın 9-u Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Bəzi məlumatlara görə, siyasətçinin ağciyərlərinin 50-70%-i zədələnib və ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Jirinovskinin özü səkkiz dəfə COVID-19-a qarşı peyvənd olunduğunu bildirib.

Reaksiya.az

Şərhlər