Ukrayna ordusu daha bir kəndi azad etdi

12.09.2022 14:31     Dünyadan reaksiya     128

Ukrayna ordusu Luqansk vilayətinin Kuzemovka kəndini rusiyalı hərbçilərdən azad edib.

“Qafqazinfo” “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday açıqlayıb.

Onun sözlərinə görə, kənddə Ukrayna bayrağı qaldırılıb. 

Məlumata görə, Kuzemovka kəndi hazırda Rusiya ordusunun nəzarətində olan Svatovo şəhərindən 25 kilometr məsafədə yerləşir.

Reaksiya.az

Şərhlər