Kraliça II Elizabetin dəfn mərasimi başladı

19.09.2022 14:47     Dünyadan reaksiya     184

Kraliça II Elizabetin dəfn mərasimi başlayıb.
 
APA-nın Britaniya bürosunun xəbərinə görə, "Westminster Abbey” kilsəsində keçirilən dəfn mərasimi Britaniya saatı ilə saat 11:00-da başlayıb.
 
ABŞ prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Yeni Zellandiyanın Baş naziri Casinda Ardern, Kanadanın Baş naziri Castin Trudo olmaq üzrə bir çox ölkənin dünya lideri dəfn mərasiminə qatılıb.
 
"Westminster Abbey”də keçirilən mərasimdən sonra kraliçanın cənazəsi kral ailəsinin üzvlərinin də iştirak etdiyi yürüşlə "Wellington Arch”a ilə daşınacaq. Daha sonra isə cənazə Vindzor şəhərinə aparılacaq, Kraliça II Elizabet, əri Şahzadə Filipin yanında, Vindzorda torpağa tapşırılacaq.
 
Qeyd edək ki, yürüşü izləmək üçün minlərlə insan bir neçə saat əvvəldən London küçələrində toplanmağa başlayıb.
 

Şərhlər