İrandakı aksiyalarda ölənlərin sayı 76-ya çatdı

28.09.2022 13:52     Dünyadan reaksiya     320

İranda hazırda davam edən etiraz aksiyaları zamanı həlak olanların sayı 76-ya çatıb.

Bu barədə məlumatı “Iran Human Rights” qeyri-hökumət təşkilatı yayıb. 

Daha əvvəl yayılan məlumatda isə, aksiyalar zamanı 55 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı polis etirazçılara atəş açıb.

Reaksiya.az

Şərhlər