Rusiya daha bir ölkə ilə sərhəddə səfərbərlik məntəqəsi açır

29.09.2022 12:46     Dünyadan reaksiya     308

Rusiya Qazaxıstanla da sərhəddə müvəqqəti səfərbərlik məntəqəsi açır.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, sözügedən məntəqə yaxın günlərdə Həştərxan vilayətinin ərazisində yerləşən “Karauzek” nəzarət-buraxılış məntəqəsində açılacaq. 

Bildirilir ki, buna səbəb uzun tıxaclarda çağırış yaşında olan kişi vətəndaşların gözləməsi faktı göstərilib. 

Xatırladaq ki, sentyabrın 27-si Rusiya-Gürcüstan sərhədində hərbi çağırış üzrə əməliyyat qrupu fəaliyyətə başlayıb. Sözügedən qrup ölkəni tərk etmək istəyən şəxslərin çağırışa uyğun gəlib-gəlmədiyini yoxlayır və uyğun gələrsə, çağırış vərəqələri təqdim edir. 

Reaksiya.az

Şərhlər