Rövnəq Abdullayevdən "Rosneft" açıqlaması

10.02.2016 18:12     Ecoreaksiya     1316

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyada “Rosneft”in bir sıra aktivlərinə daxil olmaq imkanını öyrənir. 

ANS PRESS-in məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev açıqlama verib.

“Bir neçə həftə ərzində sənədlərin imzalanması mümkündür. Aktivlərin adları məlumdur, lakin iddiaçıların sayı çoxdur, hamı “Rosneft” ilə əməkdaşlıq etmək istəyir”, - deyə Rövnəq Abdullayev “IP Week” çərçivəsində “Rosneft” şirkətinin prezidenti İqor Seçin ilə danışıqların yekunlarına dair jurnalistlərə bildirib.


Rövnəq Abdullayev - SOCAR prezidenti

ARDNŞ “Rosneft”dən “Polyarnoe siyanie” şirkətinin alışı məsələsini öyrənirdi.

R.Abdullayev ARDNŞ-nın “Polyarnoe siyanie” şirkətinə marağını şərh edərkən, o, jurnalistlərə bildirib ki, Azərbaycan tərəfinin Rusiya üzrə maraqlandığı aktivlərin sayı çoxdur.

Şərhlər