Azərbaycan nefti bahalaşır

18.03.2016 10:11     Ecoreaksiya     1232

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,53 dollar yaxud 3,72% bahalaşıb.

Reaksiya.info  Virtualaz.org-a istinadən  xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 42,63 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Şərhlər