“Cənub Qaz Dəhlizi” şirkəti dövlət zəmanətli istiqrazlar buraxıb

24.03.2016 22:18     Ecoreaksiya     1298

Toplam qiyməti 1 milyard dollar olan istiqrazların gəlirlilik dərəcəsi 7%-dir.

“Cənub Qaz Dəhlizi” şirkətinin dövlət zəmanətli istiqrazları beynəlxalq bazarlarda uğurla yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidməti xəbər verib.

Xəbərə görə, 24 mart 2016-cı il tarixində “Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılan istiqrazların yerləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə bazarlarında keçirilən əməliyyatlar müvəffəqiyyətlə başa çatdırılıb. Bundan əvvəl, 17 mart tarixində “Cənub Qaz Dəhlizi” QSC tərəfindən ilkin olaraq 1 milyard ABŞ dolları həcmində 10 illik istiqrazların qiymətləndirilməsi aparılmış, 18 mart tarixində isə buraxılan istiqrazlar beynəlxalq kapital bazarlarında uğurla yerləşdirilmişdi.

1 milyard ABŞ dolları məbləğində istiqrazların emissiyası yeddi faizlik gəlirlilik dərəcəsi ilə (6,875 kupon faizi ilə), 10 il ödəmə müddəti ilə yerləşdirilib.

Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilmiş istiqrazların emissiyası xarici investorların böyük marağına səbəb olub, 1 milyard ABŞ dolları məbləğində istiqrazların emissiyası yeddi faizlik gəlirlilik dərəcəsi ilə (6,875 kupon faizi ilə), 10 il ödəmə müddəti ilə yerləşdirilib. “Cənub Qaz Dəhlizi” QSC-nin dövlət zəmanətli istiqrazları 100-dən çox nüfuzlu institusional investor tərəfindən alınıb. Bunların 46%-i Birləşmiş Krallıq, 43%-i ABŞ, 10%-i digər Avropa ölkələri, 1%-i isə Asiya və Yaxın Şərq ölkələrini əhatə edib.

İstiqrazların yerləşdiyi regionlar
İstiqrazların yerləşdiyi regionlar

“Cənub Qaz Dəhlizi” Şirkəti tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" banklarından ibarət sindikat səlahiyyətləndirilib. “Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda cıxıs edir.

İstiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" banklarından ibarət sindikat səlahiyyətləndirilib.

Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir. 

Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi

Beynəlxalq istiqrazların müvəffəqiyyətli debüt emissiyası xarici investorların Azərbaycan iqtisadiyyatının inkişafına və Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji ehtiyatlarının şaxələndirilməsində müstəsna roluna inam və etibarının bariz nümunəsidir. Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasında ölkəmizdə yaradılmış siyasi sabitlik, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə əks etdirən dövlət proqramları investorların marağını təmin etməklə ölkəmizin beynəlxalq kapital bazarlarında siyasi və iqtisadi cəhətdən güclü, stabil dövlət kimi qəbul olunmasını və dünya iqtisadiyyatında rolunun artmasının bir daha təsdiq edir.

 

Şərhlər

Çox oxunanlar