Neftin barrelinin qiyməti 50 dolları keçəcək

28.03.2016 22:57     Ecoreaksiya     1103

İsveçrənin aparıcı maliyyə qrupunun gəldiyi nəticə ümidvericidir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrdə  yaxın gələcəkdə neftə olan tələbat sənayedəki istehsal artımını ötüb keçəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə İsveçrənin aparıcı maliyyə qruplarından biri olan «Credit Suisse» qrupu tərəfindən təqdim edilmiş proqnozda bildirilib. Proqnoza görə, bunun nəticəsində artıq may ayında neftin barrelinin qiyməti 50 dollara qalxa bilər.

«Credit Suisse» qrupunun qlobal energetika bazarlarınin iqtisadiyyatı üzrə ixtisaslaşmış eksperti Yan Sitüartın gəldiyi nəticəyə görə, 2016-cı ildə neftə tələbat yenidən artım dövrünə qayıdır. Bu, neftin qiyməti üçün əlverihsiz olan bir sıra amillərin olmasına baxmayaraq baş verir. Belə amillər sırasında Stüart isti qışın başa çatmasını, resurs hasilatı sahələrində müşahidə olunan geriləməni, həmçinin Rusiya və Braziliya kimi inkişaf etməkdə olan iqtisadiyyatlarda baş vermiş tənəzzülü göstərir. 

Hazırda neftə tələbat sabitdir, buna qismən Himali Amerikada və Avropada iqtisadiyyatların bərpasının davam etməsi, həmçinin inkişaf etməkdə olan bazarlarda uzun müddət davam edəcək meyllər yardım edir. Sütart dünya iqtisadiyyatında tənəzzülün qaçılmaz olması barədə verilən proqnozları şişirdilmiş sayır.

Amma bununla belə, onun fikrincə,  qlobal ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı təhlükə saxlanmaqdadır. Dördüncü rübdə neftə tələbatın zəifləməsindən sonra bu təhlükə dünyanın iki aparıcı iqtisadiyyatında - ABŞ-da və Çində bərpa olunub. 

Stüart neftə tələbatın artımını sənaye istehsalı ilə deyil, inkişaf etməkdə olan ölkələrdə getdikcə artan orta sinifin istifadə etdiyi sərnişin nəqliyyatı ilə əlaqələndirir. Belə şəraitdə «Crédit Suisse»  proqnozlarına görə, neftə olan tələbat sənaye artımı göstəricisini geridə qoyacaq: «İqtisadiyyat ressesiyaya yuvarlanmasa, biz bu il neftə tələbatın yumşaq bərpasını gözləyirik».

Neftə tələbat proqnozuna əsaslanan Stüart düşünür ki, may ayında neftin dəyəri barrel üzrə 50 dollara qalxa bilər. Bu xəbər dövlət büdcəsinin 40 faizindən çoxunun birbaşa Dövlət Neft Fondundan maliyyələşən, büdcə gəlirlərinin 55 faizi neft sektoru hesabına təmin edilən Azərbaycan üçün də əlverişlidir. 2016-cı ilin dövlət büdcəsində neftin barrelinin qiyməti 25 dollar götürülüb.

Neftin dünya qiymətləri barədə verilən bir sıra proqnozlarda barrelin qiymətinin 15-20 dollara qədər düşəcəyi barədə ehtimalar irəli sürülürdü. Amma Stüartın gəldiyi nəticə vəziyyətin elə də arzuolunmaz olmadığını ortaya çıxarır. Dünya bazarında son 20 gündə neftin barrelinin qiymətinin 40 dollar ətrafında dəyişməsi də bu qənaəti gücləndirir.         

 

Şərhlər

Çox oxunanlar