İrandan təəccübləndirici qərar

17.04.2016 15:35     Ecoreaksiya     1266

İslam respublikası gündəlik neft ixracını 2 milyon barrelədək artırmağa qərar verib

İran neft ixracını sutka ərzində 2 milyon barrelədək artırmağa qərar verib. ANS PRESS-in məlumatına görə, bu barədə respublikanın neft nazirinin müavini Rüknəddin Cavadi məlumat verib. O bildirib ki, hazırda ölkəsində neft hasilatı sutkada 3.5 milyon barelə  çatıb: "Gözlənilir ki, neft istehsalının səviyyəsi imzalanmış yeni müqaviləyə əsasən daha da artacaq".

"Hazırda İranın neft hasilatı sutkada 3.5 milyon barrelə çatıb"

Cavadinin sözlərinə görə, İran neftinin 30-35% -i Avropabazarlarına ixrac olunur.

Onu da əlavə edək ki, İran bu gün Qətərin paytaxtı Dohada baş tutması nəzərdə tutulan OPEC-ə üzv ölkələr və təşkilata üzv olmayan neft hasil edən ölkələrin toplantısında iştirakdan imtina edib. Bu barədə İslam Respublikasının neft naziri Bijan Namdar Zanqanın bəyanatında qeyd bildirilib:

“Dohadakı görüş neft hasilatının dondurulması planında iştirak etmək istəyən ölkələr üçün nəzərdə tutulub. İran isə belə bir plana imza atmayacaq. Ona görə də bu görüşdə iştirakımız vacib deyildi”.

Rüknəddin Cavadi- İranın neft nazirinin müavini
Rüknəddin Cavadi- İranın neft nazirinin müavini

Bu qərarın verilməsinə qədər isə Dohadakı görüşdə İranın OPEK-dəki təmsilçisi Hüseyn Kazempur Ardebelinin iştirakı planlaşdırılırdı.

Hazırkı dövrdə islam respublikasının belə bir tədbirə qatılmamasının əsas səbəbi, onun neft hasilatının həcmini sanksiyaya qədər olan dövrdəki səviyəyəy qədər artırmaq istəməsi ilə bağlıdır. Bunu İranın neft nazirliyinin nümayəndəsi də təsdiq edib və bildirib ki, Tehran dünya bazarında "qara qızılın" qiymətinin sabitləşməsi üçün bütün səyləri alqışlayır və özü də bu prosesə kömək edəcək. Lakin onlar sanksiyaya qədər olan dövrdəki kimi, neft hasilatının sutkada 4 milyon barel miqdarında olmasını saxlamaq niyyətindədir.

 

Şərhlər