Şəhid ailələrinə verilən müavinət və pensiyalar artırıla bilər

18.04.2016 20:50     Ecoreaksiya     1284

Millət vəkilləri bununla bağlı təkliflərin artıq hazır olduğunu deyir.

Şəhid ailələrinə verilən pensiya və müavinətlərin artırılması barədə Milli Məclisin plenar iclasında məsələ qaldırıla bilər. ANS TV-nin məlumatına görə, millət vəkilləri bununla bağlı təkliflərin artıq hazır olduğunu deyib.

Millət vəkili Vahid Əhmədov şəhidlik statusunun dünyada ən yüksək status olduğunu onlara ən yükəsk imtiyazların şamil ediləmli olduğunu vurğulayıb.

“Şəhidin ailəsi, övladları heç bir əziyyət çəkməməlidir”, - deyə millət vəkili əlavə edib.

Daha sonra millət vəkili Hadı Rəcəbli şəhid ailələrinə diqqət və qayğıdan danışıb.

“Lənkəranda belə bir ailə var. Onun xanımı 1000 manat civarında-həyat yoldaşının əmək haqqısını alır.  Və həmin ailə ev növbəsinə götürülüb. Bu addımların hər biri ailəyə böyük dəstək olur. Əlbəttə ki, bunlar azdır. Dünyasını dəyişmiş, əlil olmuş insanlara nə etsək azdır”, - deyə Hadı Rəcəbli vurğulayıb.

Şəhid ailələrinə verilən müavinət və pensiyalar artırıla bilər

 

Şərhlər