Səudiyyə Ərəbistanı neft siyasətini dəyişməyəcək

08.05.2016 20:09     Ecoreaksiya     991

Səudiyyə Ərəbistanı neft sahəsində hazırkı siyasətini davam etdirmək niyyətindədir.
 
APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının yeni energetika, sənaye və mineral resurslar naziri Haled Əl-Faleh  bəyan edib.
 
H. Əl-Faleh  Səudiyyə Ərəbistanının müştərilərinin neftə ehtiyaclarını qarşılamaq sahəsində liderliyini qoruyacağını vurğulayıb.
 
Qeyd edək ki,  kral Salman Səudiyyə Ərəbistanı hökumətinin tərkibində böyük dəyişiklik edib və səhiyyə naziri olan H. Əl-Faleh energetika, sənaye və mineral resurslar naziri təyin edilib. Ancaq Əl-Faleh əvvəllər Səudiyyə Ərəbistanının “Aramco” neft şirkətinin rəhbəri də olub.Səudiyyə Ərəbistanı neft sahəsində hazırkı siyasətini davam etdirmək niyyətindədir.
 
APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının yeni energetika, sənaye və mineral resurslar naziri Haled Əl-Faleh  bəyan edib.
 
H. Əl-Faleh  Səudiyyə Ərəbistanının müştərilərinin neftə ehtiyaclarını qarşılamaq sahəsində liderliyini qoruyacağını vurğulayıb.
 
Qeyd edək ki,  kral Salman Səudiyyə Ərəbistanı hökumətinin tərkibində böyük dəyişiklik edib və səhiyyə naziri olan H. Əl-Faleh energetika, sənaye və mineral resurslar naziri təyin edilib. Ancaq Əl-Faleh əvvəllər Səudiyyə Ərəbistanının “Aramco” neft şirkətinin rəhbəri də olub.

Şərhlər