Azərbaycan Gürcüstandan elektrovoz alacaq

31.05.2016 18:18     Ecoreaksiya     1596

Bu barədə "Gürcüstan dəmir yolu" şirkətindən bildiriblər.

Azərbaycan Gürcüstandan elektrovoz almağı planlaşdırır. ANS PRESS-in məlumatına görə, bu barədə "Gürcüstan dəmir yolu" şirkətin müşahidə şurasının həmsədri Nino Tsilosani deyib.

Onun sözlərinə görə, Gürcüstanın vaqon təmiri zavodu Azərbaycana elektrik qatarlarının tədarükünü planlaşdırır. Tsilosani bununla bağlı sənədlərin yaxın günlərdə rəsmiləşəcəyini bildirib.

"İndiyə qədər vaqon təmiri zavodu Azərbaycana vaqon ixrac edirdi. Lakin onların istehsalı üzrə zavod MDB məkanında təkcə Rusiya, Ukrayna və Gürcüstanda mövcuddur. Hazırda qonşu ölkələrə elektrovozların ixracı barədə intensiv danışıqlara başlamağı planlaşdırırıq. Biz onlara sərfəli qiymətlər təklif edəcəyik", - deyə Nino Tsilosani qeyd edib.

Həmsədr bildirib ki,  Gürcüstan  vaqon təmiri zavodu bazasında elektrovozların istehsalını başlamağa hazırlaşır: "Lokomativlər indiyədək Gürcüstanda yığılmırdı. Biz yalnız vaqon və eletrovoz istehsal edirdik. İndi məsələ ilə bağlı texniki müzakirələr aparılır. Bunun üçün kifayət qədər sərmayə, təxminən 50 milyon dollar lazımdır. Biz Çin şirkəti ilə birgə müəssisə yaratmağı düşünürük. Belə ki, elektrovozların 50%-i Gürcüstanda, qalanı isə Çində istehsal olunacaq". 

Şərhlər