`Brexit` zənginləri çökdürür - 127 milyard dollar itirdilər

27.06.2016 11:05     Ecoreaksiya     1188

Dünyanın 400 ən zəngin insanı Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") bir gün sonra 127,4 mlrd. dollar itirib.

Reaksiya APA-ya istinadən xəbər verir ki, bu, "Bloomberg" agentliyinin milyarderlər reytinqində öz əksini tapıb. Dünya fond indekslərində müşahidə olunan eniş dünyanın 400 ən zəngin biznesmeninin ümumi aktivlərinin 3% azalaraq 3,9 trln. dollara çatmasına səbəb olub.

Avropanın ən zəngin insanı olan Amansio Orteqa 1 gün ərzində 6 mlrd. dollar, dünyanın ən zəngini olan Bill Qeyts isə 2,4 mlrd. dollar itirib.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

Referendumun nəticələri dünya bazarlarını dalğalandırıb və demək olar ki, bütün aparıcı birjalar 3-10% eniş nümayiş etdirib. Funt sterlinq isə 1985-ci ilin minimumunu yeniləyib.

Şərhlər