Gürcüstan Ermənistanın qazını kəsdi

11.07.2016 11:59     Ecoreaksiya     1232

İyulun 10-dən avqustun 10-dək Gürcüstandan Ermənistana qaz verilməsi müvəqqəti dayandırılacaq.

Karabakh Today xəbər verir ki, bu barədə AzVision.az erməni KİV-nə istinadən məlumat yayıb.

Məlumata əsasən Gürcüstanın qaz nəqliyyatı şirkəti bu ölkə ərazisində yerləşən “Kazax – Saqumaro” magistral xətində aparılan təmir işləri ilə əlaqədar “Qazprom Ermənistan” şirkətinə qaz verilişinin bir ay müddətinə dayandırılacağına dair rəsmi məlumat göndərib.

Ermənistan rəhbərliyi ölkə istehlakçıları üçün qaz verilişində heç bir məhdudiyyətin olmayacağını bildirib.

Şərhlər