Manat avroya nisbətən 0,5% bahalaşıb, funta nisbətən 1%-dən çox ucuzlaşıb

12.07.2016 10:00     Ecoreaksiya     963

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyul ayının 11-i ilə müqayisədə 0,2% artaraq 1,5518 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,5% zəifləyərək 1,7191 manat olub.
 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,4% möhkəmlənərək 0,0242 manat səviyyəsində qalıb.

Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,2% zəifləyərək 0,5346 manata enib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0284 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 1,1%-lik bahalaşma nümayiş etdirib.
 

Gürcüstan larisinin məzənnəsi isə 0,3% artaraq 0,6617 manata düşüb.

Şərhlər