Bakının bu rayonlarında qaz olmayacaq

13.07.2016 10:31     Ecoreaksiya     1297

Abşeron və Suraxanı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Reaksiya.az" bildirir ki, "Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması və qaz xətti üzərində  RDUK200 markalı tənzimləyicinin quraşdırılaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyulun 13-ü saat  09:00-dan  işlər yekunlaşanadək  Abşeron rayonunun Mehdiabad, Ceyranbatan və Saray qəsəbələri ərazisində, Suraxanı rayonu Hövsan qəsəbəsi, Bahar, Dədə Qorqud yaşayış massivi və köhnə Suraxanı qəsəbəsi ərazisinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

       
Aparılan işlərin Sabunçu, Binəqədi və Xəzər rayonlarının  qaz təchizatına təsir göstərməsi mümkündür.

Şərhlər