Dollar bazarında növbəti zəlzələ - təfsilat

17.07.2016 23:06     Ecoreaksiya     1285

Ekspertə görə, Azərbaycanda növbəti böyük devalvasiya olacaq

Son 16 gün ərzində banklar Mərkəzi Bankın keçirdiyi hərraclarda 450 milyon dollar, bu ay isə 400 milyon dollar alıb.

Belə ki, 30 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 50 milyon ABŞ dolları məbləğində vəsaiti hərraca çıxarıb, və 29 banka satıb.

05 iyul 2016-cı il tarixində Neft Fondu 50 milyon ABŞ dolları məbləğində vəsaiti hərraca çıxarıb və 29 banka satıb.

08 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 50 milyon ABŞ dolları məbləğində vəsaiti Mərkəzi Bankın keçirdiyiÿ hərraca çıxarıb və 29 banka satıb. 12 iyul 2016-cı il tarixindəÿ Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Mərkəzi Bank 200 milyon ABŞ dolları məbləğində vəsaiti hərraca çıxarıb və 29 banka satıb.

14 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Respublikası Mərkəzi Bankı hər biri 50 milyon ABŞ dolları olmaqla, ümumilikdə 100 milyon ABŞ dolları məbləğində vəsaiti hərraca çıxarıb və 24 banka satıb.

Ehtimal olunur ki, bankları bu qədər dollar almağa sövq edən məzənnənin qalxmasıdır. Belə ki, bankların öz əmanətçiləri və kreditorları qarşısında öhdəlikləri var. USD/AZN məzənnəsi 1.50 səviyyələrinə düşən zaman banklar dollar əmanətlərini və aldıqları kreditləri daha az manat xərcləyərək dollar alaraq qaytarırdılar. Məzənnə artmağa başladıqda banklar kursun daha da qalxa biləcəyini hesab etdiklərindən dollar almağı artırdılar. Bu gün dolları almaq sabah ilə müqayisədə daha sərfəli idi.

Bundan başqa, ABŞ-ın Federal Ehtiyat Sistemi dolların uçot dərəcəsini bu il iki dəfə qaldırmaq niyyətini açıqlayıb. Bu isə hazırda dolların məzənnəsiylə bağlı problemlər yaşayan Azərbaycana yeni çətinliklər vəd edir. Çünki bir müddət idxalı süni şəkildə məhdudlaşdıran hökumət hazırda onun artmasının, yəni dolların ölkədən çıxmasının qarşısını ala bilmir.

Mövsümlə əlaqədar da dollara təlabat artıb. Xarici ölkələrə istirahətə gedən vətəndaşlarımız özləriylə xarici valyuta çıxarırlar.

Iqtisadçı Nemət Əliyev hesab edir ki, FES-in dollarla bağlı qərar verməsindən asılı olmayaraq Azərbaycanda bu valyutanın məzənnəsi ciddi dəyişikliyə uğraya bilər: “Azərbaycanda növbəti böyük devalvasiya olacaq. Maliyyə Nazirliyinin məlumatı yayıldı. Məlum oldu ki, dövlət büdcəsinin gəlirləri çox kəskin şəkildə azalıb. Dövlət büdcəsinə hər ay 1.4 milyard vəsait daxil olmalıdır. Amma yanvarda bu vəsait 1.3 milyard olub. Sonrakı aylarda isə bu vəsait ciddi şəkildə azalmağa başlayıb. Iyun ayında bu vəsait, ümumiyyətlə, 680 milyon manata düşüb. Bu isə o deməkdir ki, dövlət büdcəsinə daxil olan vəsait yarıbayarı azalıb. Bu gedişlə dövlət büdcəsində 5 milyarda yaxın kəsir olacaq. Bu isə o deməkdir ki, növbəti devalvasiya ilə büdcəyə daha böyük manat kütləsi cəlb etmək xəttini tutacaqlar”.

N.Əliyev ona görə hesab edir ki, dolların rəsmi məzənnəsi qaldırılana qədər, Azərbaycanda manatın daha böyük həcmdə dəyərdən salınması günün reallığıdır. Azərbaycan xalqı hər gün növbəti devalvasiyanın şahidi ola bilər: “FES-in dolların məzənnəsini bahalaşdırması Azərbaycandan asılı olmayan səbəblər üzündən dolların dəyəri xeyli qalxacaq. Onsuz da dəyərini kəskin şəkildə itirən manat dəyərini bir qədər də itirəcək. Dövriyyədəki manatın rolu 40-45 faiz zəifləyib. Bundan sonra da zəifləyəcək”.

 

Reaksiya.az
 

Şərhlər