Azərbaycan nefti ucuzlaşıb

28.07.2016 10:24     Ecoreaksiya     1216

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,65 dollar və yaxud 1,40% ucuzlaşıb.

Milli.Az report-a istinadən bildirir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,31 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

 

Reaksiya.az

Şərhlər