Sabah bu rayonlarda qaz olmayacaq

28.07.2016 22:33     Ecoreaksiya     1112

İyulun 29-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin "Qax", "Zaqatala" və "Balakən" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Milli.Az SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Reaksiya.az

Şərhlər