Bakıətrafı kəndlərdə qaz verilişində məhdudiyyətlər

01.08.2016 11:14     Ecoreaksiya     1063

Bu gün Bakıətrafı bəzi kəndlərdə qaz verilişində məhdudiyyətlər olacaq. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, avqustun 1-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin ''Nardaran'' və ''Bolqarıstan'' qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Maştağa və Nardaran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Reaksiya.az

Şərhlər