Paytaxtın bəzi yerlərində su verilməsində məhdudiyyətlər olacaq

02.08.2016 10:58     Ecoreaksiya     1037

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxilə olan məlumata görə, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən magistral su xətlərinin yeri dəyişdirilir. Bununla əlaqədar avqustun 2-də gün ərzində Abşeron rayonunun Bağlar massivinə, həmçinin Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. 

Reaksiya.az

 
 

Şərhlər