​Qusarın iki kəndinə ilk dəfə qaz verilib

02.08.2016 19:13     Ecoreaksiya     1140

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Qusar rayonunun daha iki kəndinə ilk dəfə təbii qaz verib. 
 
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Bildirilib ki, ümumilikdə 261 abonenti olan Ləcət və Yuxarı Tahircal kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 33 km-dən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
 
 

Şərhlər

Çox oxunanlar