Bakının bir hissəsində su olmayacaq

17.08.2016 23:04     Ecoreaksiya     1145

"Azərsu" ASC-dən Milli.Az-a verilən məlumata görə, abunəçilərin diqqətinə çatdırılır ki, Bakı şəhəri Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 18 avqust 2016-cı il tarixində gün ərzində İzmir və C.Məmmədquluzadə küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

 

Reaksiya.az

Şərhlər