Sabah Yasamalda su olmayacaq

29.08.2016 20:08     Ecoreaksiya     1162

Avqustun 30-da Bakı şəhərinin Yasamal rayonunda içməli su problemi olacaq.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C.Hacıbəyli, Ü.Bünyadzadə, Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, Q.Pirimov, Mərdanov qardaşları, S.Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

 
 

Şərhlər

Çox oxunanlar