İraq da qoşuldu: yeni neft erası gəlir

30.08.2016 21:59     Ecoreaksiya     1029

İraq OPEK-in sentyabrda Əlcəzairdə keçiriləcək toplantısında neft hasilatının dondurulmasını dəstəkləyəcək.
 
APA-nın xəbərinə görə, bu barədə ölkənin Baş naziri Heydər Abadi bildirib.  
 
Qeyd edək ki, XV Beynəlxalq Enerji Forumunun sentyabrın 26-28-də Əlcəzairdə keçirilməsi nəzərdə tutulub. Forum çərçivəsində neft hasilatının dondurulmasına dair danışıqlarının bərpa olunacağı gözlənilir.
 
Bu vaxta qədər Səudiyyə Ərəbistanı və İran neft hasilatının dondurulması barədə təklifi dəstəkləyəcəklərini açıqlayıblar.
 
 

Şərhlər